Xalq artisti Gülyanaq Məmmədovanın müsiqiçisi özünü öldürdü – FOTO

Bakıda tanınmış musiqiçi intihar edib.

Criminal.az saytının məlumatana görə, Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənov özünü zəhərləyib.

Hadisə dünən günorta saatlarında 44 yaşlı P.Həsənovun yaşadığı Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən evində baş verib. P.Həsənov sirkə turşusu içib. Ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yasamal rayon Prokurorluğundan Criminal.az saytına verilən məlumata görə, faktla bağlı Cinayət Məcələsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Mərhumun yaxınlarının Criminal.az saytına verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırdı.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol