Əriniz sizə xəyanət edir? – ƏLAMƏTLƏR

Xəyanət ailə münasibətlərində ən arzuolunmaz və dağıdıcı faktordur. 

Kişilər qadınlardan daha çox xəyanətə meyllidirlər. Qadınlar kişilərinin xəyanət etdiklərini bilmək üçün bu əlamətlər nəzər salsınlar: 

1. Leksikonun dəyişməsi

Əgər insanın həyatına yeni birisi daxil olursa, onun leksikonuna da yeni sözlər daxil olur. 

2. Həddən artıq yalan

Çoxlu yalan danışan adam adətən həqiqətlə yalanın sərhədini itirir. Nəyin həqiqət, nəyin yalan olduğunu unudur. Bu səbəbdən də faktları tez-tez fərqli təqdim edir. 

3. İntim həyatdakı dəyişikliklər

Partnyor heç bir səbəb olmadan seksdən imtina etmir. Yataq həyatında “dəyişikliklər” də etmir. Bütün bunlar havadan gəlmir. 

4. Maşının şüşələrində əl izləri 

Maşının şüşəsi tərləyəndə əl izləri daha da rahat görünür. Bu isə maşındakı sərgüzəştlərdən xəbər verir. Bundan başqa, maşında yad qadınların tüklərinə də rast gəlinə bilər. 

5. Təsadüfi hədiyyələr 

Əgər əriniz tez-tez hədiyyə alan deyilsə, deməli anidən alınmış bir hədiyyə təhlükəli nələrdənsə xəbər verir. 

6. Sevimli yeməklərin dəyişməsi 

Kişinin həyatındakı yeni qadın onun yemək zövqünü dəyişə bilər. 

7. Narazılıq

Kişilər adətən müqayisə aparmağı sevirlər. Tərəzinin ağır tərəfində siz olmasanız, bunu mütləq hiss edəcəksiniz. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol