Sağlam qidalanma və vacib şərtlər

“LuxLife” sağlam qidalanma və vacib şərtləri təqdim edir.

1. Hər gun 2-3 litr ciy su içməyə vərdis edin. Səhər yuxudan duran kimi və hər saatdan bir 100 qram ciy su icin.

2. Heç vaxt canınız ağrıyarkən, zehni və fiziki halsızlıq səraitində, yorğun halda və qızdırma içində olanda qida qəbul etməyin. Bundansa, qidadan imtina etmək faydalıdır. Şüursuz saydığımız heyvanlar belə xəstələndikdə qida qəbul etmirlər.

3. Yalnız aclıq hiss edəndə yeyin. Yeməyə 10-15 dəqiqə qalmış 200 qram çiy su için. Buna vərdiş edin.

4. Yemək vaxtı su içməyin. Çünki, su 10 dəqiqədən sonra mədəni tərk edir və özü ilə bərabər mədə şirəsini də yuyub aparır və bu da qidanın həzm olunmasına çətinlik törədir.

5. Soyuq ickiləri içmək və soyuq xörəkləri yemək mədədə həzmedici şirələrin fəaliyyətini dondurur. Dondurma yemək mədəyə və dişlərə böyük zərər vurur.

6. Çox isti çay içmək və çox isti xörək yemək olmaz, mədə zədələnir. Dişləriniz də bundan ziyan çəkir.

7. Kofe, çay, şokalad, kakao, hisə verilmiş ətlər qəbul etməyin, onlar bədəndə yüksək dərəcədə sidik turşusu yaradırlar. Bala, qurudulmuş və ya təzə meyvələrə üstünlük verin.

8. Əsasən çiy və təbii qidaları (tərəvəz, meyvə, qatıq, şülul, tumlar, qoz, fındıq, pustə, badam) yeyin.

9. Xörəkləri qarışdırmayın. Bir neçə növ xörəyin eyni vaxtda qəbul edilməsi həzmolmanı çətinləşdirir.

10. Səhər yeməyini şirəli meyvələrdən başlayın. 2-3 qoz da əlavə etmək yaxşı olar. Qışda quru meyvələrdən istifadə edə bilərsiniz.

11. Gün ərzində azı 1 qab tərəvəz salatı yemək lazımdır. Gündə 3 dəfə qida qəbul edirsinizsə, 2 dəfə salat yeyin.

12. Təbii zülalların və mineral maddələrin etibarlı daşıyıcısı olan qoz-fındıq ailəsinə üstünlük verin. Ədviyyatlardan qaydasında istifadə edin.

13. Yağlardan mümkün qədər az istifadə edin. Yadda saxlayın, yağlar həzmolmanı yubadır, mədə-bağırsaqda cürümə törədir.

14. Bişmiş xörəkdən imtina edə bilmirsinizsə, xörəklə bərabər meyvə şirələri, təzə salatlar, xurma və ya itburnu dəmləməsi için.

15. Bütün yeməkləri ümumiyyətlə çox çeynəmək lazımdır. Unutmayın- mədənin dişləri yoxdur!

16. Orqanizmə vaxtaşırı istirahət verin, buna sanitar saatı deyilir. Yaxşı olar ki, həftədə və ya iki həftədə 1 gün tamamilə ac qalasınız.

17. Əgər əti, yumurtanı, göbələkləri, pendiri, dənləri, paxlalı bitkiləri öz rasionunuzdan tam çıxara bilmirsinizsə, onda onları tərəvəzə əlavə kimi qəbul edin.

18. Çox yeməyə can atmayın, çox yemək orqanizm üçün lüzumsuz, səmərəsiz, əlavə bir yükdür.

19. Qidada xörək duzunun miqdarını azaldın. Ürək-damar xəstəliyi zamanı ondan tam imtina edin.

20. Şirniyyatlardan və şəkərdən istifadəni azaldın. Fast-fod-dan imtina edin.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol