“Özünü təqdim et: Mən Azərbaycanlıyam” layihəsinə start verildi – FOTOLAR

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Özünü təqdim et:-Mən Azərbaycanlıyam” layihəsi çərçivəsində ilk təlim keçirilib. “Təqdimat bacarıqları”mövzusunda keçirilən təlimdə çıxış edən layihənin rəhbəri və təlimçisi Əligül Ağayev layihənin başlıca məqsədinin gənclərimizə təqdim etmə bacarıqlarının və xüsusilə Azərbaycanın ölkə xaricində və daxilində təqdim olunması üçün lazımlı məqamların öyrədilməsi olduğunu bildirib.

İlk təlimdə Bakı şəhərindən müxtəlif yaş və fəaliyyət qruplarından olan 30 nəfər gənc iştirak edib. İştirakçılar arasında həsas qruplardan olan gənclər, tələbələr, dövlət və özəl qurumlarda çalışan insanların olması, fikir müxtəlifliyinə və məhsuldar müzakirəyə şərait yaradıb. Qeyri-formal təhsil metodundan istifadə edərək interaktiv oyunlar keçirilib, mövzuya uyğun hazırlanmış təqdimat iştirakçılara göstərilib , təlim materialları paylanılıb və sonda tədbir iştirakçıları müxtəlif mövzularda öz təqdimatlarını keçiriblər.

Tədbirin sonunda iştirakçılara “Özünü təqdim et:-Mən Azərbaycanlıyam” layihəsi çərçivəsində “Təqdimetmə bacarıqları” təlimdə iştirak etmələri barədə sertifikartlar verilib.

Layihə çərçivəsində növbəti təlimin 23-24 Yanvar 2016-ci il tarixlərində Gəncə şəhərində “Gəncə-2016 Avropa gənclər paytaxtı” könüllülərinə keçirilməsi nəzərdə tutulub.

LuxLife.Az

{gallery}tedbir{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol