Di Kaprio Ledi Qaqadan üzr istədi – VİDEO

“Qızıl qlobus” mükafatlandırma mərasimində iki dünya şöhrətli ulduz arasında yaşanan insident birinin üzr istəməsi ilə nəticələnib.

41 yaşlı aktyor Leonardo Di Kaprio etdiyi hərəkətə görə müğənnidən üzr istəyib:

“Tədbirdən əvvəl bir az spirtli içki qəbul etmişdim. Söz verirəm ki, bir daha belə tədbirlərə qatıldığım zaman içki içməyəcəm”.
Qaqa isə olanları normal qəbul edib. Ona yaxın mənbə Qaqanın yaşananlardan məmnun qaldığını bildirib:

“Qaqa olanlardan narahat deyil. Özü deyib ki, 2-3 saniyəlik video onu bütün dünyaya bir daha xatırlatdı və onun mükafat alması hər kəsə məlum oldu. Bu olaydan Qaqa istənilən halda uddu”.

Xatırladaq ki, “Qızıl qlobus” mükafatlandırma mərasimində Ledi Qaqa mükafatını almaq üçün səhnəyə gedərkən, Di Kaprionun qoluna dəyib. O, isə qarşılığında ağzını əyərək gülüb.

LuxLife.Az

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol