Ancelina Colinin qeyri-adi pəhrizi

Aktrisa Ancelina Coli hər zaman formada qalmağı bacaran ulduzlardandır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, son zamanlar xəstəliyi ucbatından kəskin arıqlasa da, Coli ondan əvvəlki dövrlərdə ideal bədən quruluşunu qorumaq üçün çox zəhmət çəkib.

Çoxuşaqlı ana olan aktrisa pəhriz və idmandan mütəmadi istifadə edir. Lakin Colinin gündəlik yeməyini balansı pozulmuş adlandırmaq daha doğru olardı. “Oskar”lı ulduz dəniz məhsullarına və quru meyvəyə üstünlük verir.

O, fındıq, tum, göyərti, müxtəlif bitki və ədviyyatları rasionuna daxil etməyi sevir. Aktrisa meyvə və tərəvəzi gündəlik və mövsümünə uyğun qəbul edir. Ancelina səhər yeməyinə kokos yağı və yulaf yarması yeyir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol