Bakının ən zövqlü qızının qarderobu – FOTO

Buro 24/7 Azerbaijan sizə GARDEROBE adlı yeni layihəsini təqdim edir. Bu layihə Bakının ən stilli qızlarının qarderobunu göstərəcək.

Layihənin ilk qonağı “Bisque” konseptual butikinin bayeri Suad Ağamalovadır. Suad Bakıda yaşayır və çalışır, ancaq onun işi bilavasitə London, Paris, Milandan kolleksiyaların sifarişi ilə bağlıdır. Buna görə də moda sənayesinin izi onun stilinin xırda detallarında nəzərə çarpır. Suad yeni dizaynerlər tapmağı sevir, onun qarderobu isə dünya şöhrətini yenicə əldə edən markalarla doludur.

Ayaqqabı, çanta və aksessuara gəlincə, qəhrəmanımız Chanel, Hermes, Valentino, Christian Louboutin və Gianvito Rossi kimi klassik brendlərə üstünlük verir.

Stilli əşyalara sevgi Suadda uşaq yaşlarından yaranıb. Onun qarderobunda ilk brend çanta Louis Vuitton brendinin baza modeli olub. Suad onu artıq bir neçə ildir ki, restavrasiya edərək daşıyır. Ziyafətlər üçün müxtəlif rəngli və fakturalı klassik ayaqqabılara, gündəliyə isə Chanel krosovkaları və kedalarına üstünlük verir. Nümayişlər arası sifarişlərə qaçarkən, Suad hamar altlıqlı ayaqqabılara üstünlük verir.

Bizim çəkiliş komandasını Suad əşyalarının yalnız bir hissəsinin yerləşdiyi evində qarşıladı və xüsusi olaraq, Buro 24/7 üçün üç fərqli obraz seçdi. Birinci obrazın müəyyən romantik əhval-ruhiyyəsi var, Suad onu Maison Michel şlyapası ilə “yumşaldır”.

İkinci obraz damalı ətək, cins gödəkcə və diqqət cəlb edən gümüşü səndəllərdir, ümumilikdə isə bütün obraz 90-cı illərin əhval-ruhiyyəsində toplanıb.

Üçüncü obraz rahat, demək olar ki, əsl ev obrazıdır, ancaq bu obrazda son moda tendensiyaları nəzərə alınıb. Qəhrəmanımızın sözlərinə görə, o, öz qarderobunu denimsiz təsəvvür edə bilmir.

LuxLife.Az

{gallery}qarderob{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol