Dünyanın ən zəngin 50 insanının siyahısı açıqlandı

“Business İnside” portalı planetin ən zəngin insanlarının siyahısını hazırlayıb.

Dünyanın ən varlı 50 insanı siyahısına “Microsoft” şirkətinin 60 yaşlı banisi Bill Qeyts liderlik edir. Onun varidatı 87,4 milyard dollar təşkil edir.

İkinci yerin sahibi 66,8 milyard dollarlıq varidat ilə “İnditex” konserninin 79 yaşlı sahibi Amansio Orteqa, üçüncü yerin sahibi isə 60,7 milyard dollara malik olan dünyanın ən məşhur investorlarından olan 85 yaşlı Uorren Baffet olub.

“Business İnsider”in top-50-liyində Rusiya vətəndaşlarından yalnız moskvalı miqrant, 42 yaşlı Sergey Brin 12-ci yerdə qərarlaşıb. 42-ci yeri SSRİ-ni 70-ci illərdə tərk etmiş 58 yaşlı investor Len Blavatnik tutub.

Portalın ilk onluğunda yaşı 50-dən az olan varlı isə “Facebook”un 31 yaşlı yaradıcısı Mark Zukerberq olub.

Qadınlardan isə siyahıda “Walmart”ın 66 yaşlı varisi Elis Uoltonun (15-ci yer),” L’Oreal” kosmetik firmasının 93 yaşlı sahibi Lilian Bettenkortun (17-ci yer), Stiv Cobsun 52 yaşlı xanımı “Loreyn Pauell Cobsun (47-ci yer) adları var.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol