“Xoşqədəm Hidayətqızının oğlu olacaq”

Teleaparıcı Xoşqədəm Hidayətqızının oğlu olacaq.

Türkiyəli müğənni Doğuşla ailəli olan aparıcının oğlu olacağı barədə Türkiyə mətbuatı yazıb. Xəbərdə deyilir:

“Bir müddətdir sosial şəbəkədə bir-birlərinə olan sevgilərini nümayiş etdirən cütlüyün uşaq gözlədiyi ortaya çıxıb. Doğuşuna az müddət qalan Xoşqədəm Hidayətqızının oğlan uşağı dünyaya gətirəcəyi öyrənilib”.

Qeyd edək ki, bu yaxınlarda Xoşqədəm Hidayətqızının 5-6 aylıq hamilə olduğu, lakin bunu gizli saxladığı barədə xəbərlər yayılmışdı. X.Hidayətqızının “Deməsək olmaz” verilişini də bir müddətdir ki, masa arxasında oturaraq aparması və kökəlməsi də nəzərdən qaçmayıb. Aparıcının ətrafındakı insanlar da onun hamilə olması ilə bağlı xəbəri təsdiqləyib.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol