Artıq çəkinin səbəbləri qanda imiş

Bir çox insanlar populyar pəhriz növlərindən istifadə etsələr də arıqlamırlar. Digər bir qisim insan isə yalnız fast-fud ilə qidalanmasına baxmayaraq kökəlmir. Bütün bunların səbəbi qanda imiş.

“LuxLife” Mərkəzi Qan Bankının rəsmi Facebook səhifəsinə istinadən bildirir ki, belə bir faktı israil həkimləri aşkar ediblər. Vaytsman İnstitunun professoru Eran Seqalın rəhbərlik etdiyi araşdırmaçı qrup çox maraqlı məlumatları ortaya çıxarıblar. Onlar qidadan sonra insan qanında şəkərin nə dərəcədə dəyişməsini araşdırıblar. Bunun üçün 800 nəfər könüllü üzərində tədqiqat aparılıb. Alimlər əsas diqqəti qanda qlükozanın miqdarına yönəldiblər. Çünki qlükozanın daim artması maddələr mübadiləsinin pozulmasına, kökəlməyə və şəkərli diabetə səbəb olur. Alimlər könüllülərə təklif ediblər ki, müxtəlif cür qidalar qəbul etsinlər. Nəticədə onlar 46 min cür ərzaq məhsulunun insan orqanizminə individual təsirini ortaya çıxarıblar.

Sən demə, eyni ərzaq məhsuluna müxtəlif orqanizmlər fərqli reaksiya verir. Hər orqanizm individualdır. Misal üçün, iki insana banan və kökə yeməyi təklif ediblər. Onlardan biri kökə yedikdən sonra qanında şəkərin miqdarı qalxıb. Banan yedikdə isə şəkər eyni səviyyədə qalıb. Digər şəxsdə isə proseslər tama fərqli cür baş verib. Belə ki, həmin şəxs kökə yedikdə qanındakı şəkərin miqdarı eyni qalıb, banan yedikdə isə azalıb.

Bu effekt digər qidalarda da eyni cürdür. Dondurma, yoqurt kimi qidalar bir qism insanda şəkərin miqdarını yüksəltsə də, digərlərində eyni səviyyədə saxlayıb.

Professor Seqal və onun komandası əldə edilən məlumatlara əsaslanaraq yeni alqoritm hazırlayıblar. Bu alqoritm fərqli orqanizmlərin qidalara fərdi reaksiyasını müəyyən edəcək. Bununla da pəhrizlər daha da effektiv olacaq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol