Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır.

Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmziklə ayrılıq uşağı travmaya məruz qoymasın? Nələri heç bir halda etmək olmaz?

Luxlife.az bildirir ki, pediatırlar adətən əmziyi tərgitməyi 12 aya qədər etməyi məsləhət edirlər. Səbəb ondadır ki, hələ bu yaşına qədər körpədə əmziyə dərin asılılıq yaranmamışdır. Ona görə də onun yoxluğu uşağa o qədərdə ağır təsir etməyəcək.

“Lehinə” və “Əleyhinə”

Əmziyə qarşı dəlillər

Əmziyi sorma döş əmməsindən fərqlidir. Təbii yolla qidalanmada uşağın müəyyən üz əzələləri işləyir və zövg hormonu (endorfin) yaranır. İstehsalçılar bizi inandırmağa çalışsalar da hələ də ana döşünə bənzəyən əmzik yoxdur.

Əmziyə stomotoloqlar narazılıq edirlər. Uşaq böyüdükcə onun ağız boşluğu təkmilləşir. Ona görə də ana döşündən başqa istənilən yad əşya çənə və dişlərin formalaşmasında olduqca mənfi təsir göstərir.

Loqopedlərdə həmçinin şikayət edirlər ki, əmziklə sıx əlaqə səbəbindən, bəzi səslərin tələffüzündə çətinliklər yarana bilər.

Əmzik bəzən ana ilə canlı ünsüyyəti əvəz edir. Bir sadə suala cavab verin: Əgər uşaq ağladısa, siz ilk növbədə hara çəkilirsiz – uşağın yanına və ya əmziyi verməyə? Əgər əmziyi verməkdirsə cavabınız, tez bir zamanda onadan qurtulun! Qoyun əmzik deyil, siz körpə üçün emosional təhlükəsizliyinin təminatçısı olasız.

Əmziyə iddia edilən dəlillər

Alimlər müəyyənləşdiriblər ki, əmzik qəfil uşaq ölümü sindromundan qorumağa qadirdir.

Bundan əlavə heç bir ana körpədən ayrılmamasına suğortalı deyildir. Bəzən uşağı nənə və ya digər qohumlara verməli oluruq, burada əmzik mütləq lazım olacaqdır.

Nəyi etmək olmaz?

Əmziyi tərgitməsinin təsirli və təhlükəsiz üsulları haqqında danışmağa başlamazdan əvvəl başa düşmək lazımdır ki, bəzi üsullar daha çox ziyan vura bilər, nəinki əmziyin özü.

Əmziyi kəsmək lazım deyil. Uşaq lateksi qopara bilər, o da ən yaxşı halda onun mədəsinə, pis halda isə nəfəs borusuna düşə bilər.

Uşaq əmziyi istəyərkən, uşağa qışqırmayın. Bu yaşda uşaqlar hələ sevimli analarının onun üzərinə niyə qışqırdığını anlaya bilmirlər və daha çox sakitləşdirici əmziyini istəyəcəkdir.

Diş çıxarma və ya uşaq naxoşladığı zaman uşağı əmzikdən məhrum etməyin.

Nənə baba nəsihətlərinə (əmziyə sarımsaq, istiot və s. sürtülməsi) çox diqqətli olun. Son zamanlar allergik xəstəliklərin sayı artmaqdadır, ədviyyatlar isə boğazın şişməsinə bu kimi hallara səbəb ola bilər.

Əmziyi necə tərgidək?

Belə ki, əmzikdən qurtulma zamanı gəlib catdı. Hansı üsulun daha doğru olmasını qərarlaşdırmaq lazımdır. Seçim zamanı tanışlarınızın məsləhətinə deyil, uşağın xarakterinə görə əsaslanın. Bir müddət uşaq şıltaqlığına dözməyə hazır olun. Ola bilsinki, balaca gecəyarı dursun, bərkdən ağlayaraq əmziyini istəsin.

İlk üsul “Səbrli olmaq”

Bu üsul – 12 aya qədər uşaqlara uyğundur və uşaq tədricən bir neçə həftəyə əmzikdən imtina edir.

Hər gün uşağa mümkün qədər əmziyi az göstərməyə çalışın. Əgər o ağlayırsa onu nəyləsə fikirini qarışdırmağa çalışın. Məsələn parlaq oyuncaq verin və ya əlinizə alın. Belə davam edərkən, tədricən əmzik uşaq üçün daha az istənilən olur. Uşaq yatarkən əmzikdən tərgitməyi başlayın. Bunun üçün yuxuya getməsi üçün digər üsullar axtarın. Misal üçün xüsusi sakitləşdirici uşaq musiqiləri qoya, laylay deyə və ya uşağa sığal çəkə bilərsiz. Hər ehtimala qarşı əvəzedici kimi yumuşaq oyuncaq alın.

İkinci üsul “Dərhal”

Əmzik çox tez həmişəlik valideyn və uşağın həyatından gedir. Bu üsul artıq ananın sözlərini başa düşə bilən 1-3 yaş arası uşaqlara uyğundur. Böyüklər əmzikdən imtina edilməsi üçün bir çox fikirlərdüşünürlər. Əmziyi yeni doğulmuşa verirlər və ya gəzməkdə itirirlər. Valideyn oyun quraraq, uşaqla birlikdə poçtla əmziyi hansısa sevimli heyvana göndərir. Axı dovşan qorxur və yalnız əmzik dovşanı qoruya bilər. Təcrübə göstəribki körpələr belə nağıllara həvəslə inanırlar. Siz soskanı uşaqla kiməsə verib, əvəzində uşağa istədiyi oyuncağı ala bilərsiz.

Belə ki, əmziklərin öz çatışmazlıqlar və üstünlükləri vardır. Lakin əgər siz artıq əmziyi tamamilə uşağın həyatından götürməyə qərar vermisizsə, mütləqdirki səbrli olasız. Yadda saxlayınki, qohum və ya tanışlarla bərabər olmağa dəyməz, axı hər bir uşaq individual parlaq şəxsiyyətdir!

Загрузка...