Uşaqlar nə üçün ağlayır?

Körpənin göz yaşlarının və qışqırığının arxasında nə dayanır? Sizin çoxdan yolunu gözlədiyiniz ilk körpəniz evdədir və ailənin bütün üzvlərinin diqqəti körpədə cəmlənmişdir. Bəs körpə nə üçün ağlayır?

Bəlkə körpəni ərköyün etməmək üçün onun hər qışqırığına reaksiya vermək lazım deyil? Bu şübhələr təbii ki, hər bir gənc anaya tanışdır.Amma təcrübə ilə məsələ bir az aydınlaşır: hələlik başqa cür sizin diqqətinizi cəlb edə bilmədiyi üçün körpə öz ağlaması ilə ona köməyin lazım olduğunu bildirir. Körpənin həyatının ilk aylarında onun ağlamasının səbəblərini anlayıb, onları aradan qaldırmaq lazımdır. Diqqətsizlik gələcəkdə uşağın psixikasında və sağlamlığında problemlər yarada bilər.

Ehtimal ki, uşaq yemək vaxtının çatmasını sizə bildirmək üçün ağlayır. Çoxsaylı qayğılar arasında siz ola bilər ki, körpənin son yeməyindən nə qədər vaxt keçdiyini unuda biləsiniz və ya körpəyə yediyi qida tam olaraq bəs eləmir. Uşaqlar müxtəlif olduqları üçün, birinə kifayət edən qida miqdarı başqa uşaq üçün az ola bilər, buna görə də körpələrin yemək miqdarına eyni tövsiyələr vermək olmur.

  • Körpəyə ilk öncə sizin diqqətiniz lazımdır: Ana və uşağın arasında görünməyən əlaqə mövcuddur, xüsusilə də o anasının yoxluğunu həssaslıqla hiss etdiyi həyatının ilk illərində. Körpə ilə danışın, onunla oyuncaqlarla oynayın, mahnı oxuyun, balacanı qucağınıza alın.
  • Altı islanıbsa: Körpənin altının quru olmasından və ona rahat olmasında əmin olun. Çox vaxt körpələr yerləri rahat olmadığı halda və ya yaş olduğu zaman ağlayırlar.
  • Uşaq donub və ya ona istidirsə: Əgər uşaq donubsa, bu zaman onun burunu və əlləri soyuq olur; əgər körpənin alnı tərlə örtülmüşdürsə, bu zaman ona istidir. Köpənin rahat olması üçün lazımi tədbirlər görün.
  • Körpə yatmaq istəyirsə: Əgər hər hansı səbəblərdən günün qaydası pozulmuşdursa, bu zaman körpə hətta yorulsa belə yata bilmir. Bir qayda olaraq, körpə bu halda həyacanlı olur. Otaqda sakit vəziyyət yaradın, işığı azaldın, uşağınızla sakitcə danışın, onu qucağınıza götürün, əlindən tutun, ona lay-lay çalın.
  • Uşağın bir yeri ağrıyırsa: Siz körpənizin sakitləşməsi üçün hər şey etdikdən sonra da o ağlamağa davam edirsə, bu zaman ola bilsin ki onun harasısa ağrıyır və ya o xəstələnib. Bu halda sizə daha təcrübəli ananın və ya həkimin məsləhəti lazımdır.

Biz sizə körpələrin ağlamasının ən çox rast gəlinən səbəblərini təsvir etdik. Sizin körpənizə olan sevgi və diqqətiniz bu siyahıya daxil olmayan səbəbləri anlamağa kömək edəcək.

Загрузка...