Uşaqlarda boyun uzanmasına təsir edən qidalar və vasitələr

Uşaqların inkişafı dövründə boyun ölçüsünün əhəmiyyəti böyükdür.Körpəsinin böyüyəndə uca boylu olması hər bir valideynin arzusudur. “Uşağımın hündür boylu olması üçün neyləməliyəm?” deyə maraqlanırsınızsa, oxumağa davam edin.

Düzgün qidalanmaq boyun uzanmasına ən çox təsir edən faktorlardandır

Yəni körpəlikdən düzgün və balanslı qidalanan adamlar normadan ən azı 10 santimetr hündür olurlar. Boyun uzanmasına təsir edən digər faktorlar nizamlı yuxu və boyun uzanmasına kömək edən idman növləridir.

Kalsium mineralı sümüyün inkişafına və uzanmasına çox kömək edir.

Övladınızın boyunun uzun olmasını istəyirsizsə, kalsium tərkibli qidalar: soya paxlası, soyadan hazırlanan müxtəlif növ pendirlər, yaşıl tərəvəzlər, qatıq, süd, ağ pendir, yumurta, kələm, ispanaq, ağ paxla, brokoli, göy noxud, küncüt, badam, qurudulmuş meyvələr, fıstıq, qoz və dəniz məhsullarından istifadə edin. Süd və süd məhsullarında kaslium daha bol olur.

Boyun uzanmasına kömək edən digər əhəmiyyətli qida qrupu zülallardır.

Zülalla zəngin qidalar–balıq əti, toyuq və hind toyuğunun əti, qırmızı ət, dəniz məhsulları, yumurta, bal və müxtəlif pendir növləri boya yaxşı təsir edir.

Загрузка...