Uşaqlarla yaxşı münasibət qurmağın yolları

Övladınızla olan münasibətinizi yaxşılaşdırmaq istəyirsinizsə, aşağıdakıları nəzərə alın.

Uşağınızın diqqətini cəlb edin

Təlimat verərkən, bütün diqqətinin sizə yönəldiyindən əmin olun.

Danışarkən televizoru, radionu, musiqini söndürün.

Adı ilə müraciət edin.

Göz təması qurmağa çalışın.

Qışqırmadan danışın.

Qaydaları dəqiqləşdirin

Qaydalar dəqiqləşdirib açıq şəkildə deyin. Siz və ailə üzvləriniz qaydaları aydın şəkildə başa düşməlidir.

Uşağınızı tərifləyin

Hər hansı tapşırığı yerinə yetirdikdə nə qədər razı qaldığınızı dilə gətirin. Tərif yerinə yetirilən tapşırıqdan sonra gəlməlidir.

Mükafatlandırın

Uşaqlarınızın bəzi davranışlarını dəyişdirmək və müsbət vərdişləri atırmaq  üçün mükafatlandırma sistemi hazırlayın. Bu sistemi ballar əsasında qura bilərsiniz. Aylıq yığılan ballara görə mükafatlandıra bilərsiniz.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol