Vəfat edən şahzadənin rus arvadı miras olaraq qardaşına keçdi – Fotolar

Ötəni ilin payızında Nigeriyanın 32 yaşlı şahzadəsi Qabriel Sequn Acayi dünyasını dəyişəndən sonra onun 50 yaşlı rus həyat yoldaşı Natalya Vedenina dul qalmışdı. Amma bu günlərdə məlum olub ki, Natalya yenidən ailə qurub.

Luxlife.az xəbər verir ki, rus qadının yeni əri heç də təsadüfi şəxs deyil. O, dünyasını dəyişmiş ərinin qardaşı ilə ailə qurub.

“Rossiya 1” kanalına açıqlamasında Natalya bildirib ki, ərinin ölümündən sonra qaynı ona müraciət edib. Qaynı Maykl ona bildirib ki, Nigeriya adətlərinə görə, ərini itirən qadın miras olaraq onun qardaşına keçir.

Natalyanın qohumları yeni evliliyin əleyhinə olsalar da, qadın özü yeni nikaha razılıq verib.

Məsələ burasındadır ki, şahzadə Rusiyanın Çerepovets şəhərində Natalyanın evində yaşayırmış. Ara verməyən sui-qəsd cəhdlərindən qaçan şahzadə Rusiyada 5 il əvvəl məskunlaşıb və burada Natalya ilə ailə qurub. Onların əkiz oğulları var. Maykl da Natalya ilə nikahdan sonra Rusiyaya köçüb.

Qonşularının dediyinə görə, Maykl tüfeyli həyat tərzi keçirir, Natalya onun paltarlarını yuyur, yeməyini hazırlayır. Bununla belə, qadın onunla ailə qurmağa razılaşıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol