Vaginoplastika nədir?

Vaginoplastika uşaqlıq yolu divarının cərrahi yolla formaya salınmasıdır. Vaginoplastika estetik əməliyyatlar qrupuna daxildir və həm estetik məqsədlə, həm də xəstəliklər zamanı tətbiq edilir.
Vaginanın estetik görüntüsünün pozulmasına kiçik çanaq orqanlarında baş verən müxtəlif xəstəliklər səbəb ola bilir.
Problemin əmələgəlmə səbəbi
Qadının kiçik çanağında bir-neçə vacib orqan var ki, bu orqanlar qadının gündəlik həyat fəaliyyətində və komfortlu yaşamasında vacib rol oynayır. Bu orqanlara düz bağırsaq, uşaqlıq yolu, sidik axarı orqanları və s. daxildir. Bu orqanların düzgün yerləşməsi çanaq əzələlərinin tonusuna, daxili orqanların fəaliyyətinə normal təsir edir. Orqanların normal yerləşməsi kiçik çanaq diafraqmasının işinə mənfi təsir göstərmir. Amma, kiçik çanaq orqanlarının birinin funksiyasının pozulması digərinin də normal işinə mənfi təsir göstərdiyinə görə onlar öz funksiyalarını lazım olduğu kimi yerinə yetirə bilmirlər.
1 Məsələn, xroniki qəbizlik uşaqlığın və uşalıq yolunun normal yerləşməsinə mane olur. Uşaqlıq yolunun genişlənməsi asqırma, öskürmə və gülmə zamanı sidikburaxmaya səbəb olur. Uşaqlıq yolunun genişlənməsi fiziki hərəkət zamanı bağırsaq qazlarının qeyri-iradi xaric olmasına səbəb olur. Bu əlamətlər isə qadınların sosial adaptasiya olmasının qarşısını alır.
2 Uşaqlıq yolunun ölçülərinin pozulması və tonusunun azalması cinsi əlaqə zamanı hər iki partnyora mənfi təsir göstərir, bu qadınlarda orqazmın baş verməməsinə səbəb olur.
3 Seksual əlamətlərin pozulması isə qadının özünə qarşı olan inamını aşağı salır və ailə həyatının dağılmasına gətirib çıxarır.
Uşaqlıq yolunda patoloji quruluşun olmasına aşağıdakılar səbəb ola bilir:
* Qadının anadangəlmə cinsi orqanlarının quruluşuda olan çatışmazlığa uşaqlılğa girişin qızlıq pərdəsi və ya başqa səbəblə tam tutulması aiddir. Bu zaman aybaşı qanının axması üçün cərrahi müdaxilə etmək lazım gəlir.
Kiçik çanaq orqanlarında rast gəlinən patoloji əlamətlərə iki uşaqlığın, iki uşaqlıq yolunun olması və ya uşaqlıq yolunun olmaması da daxildir. Bu halda orqanizmin öz toxumasından cərrahi yolla orqan bərpa edilir və ya xaric olunur.
* Doğuş zaman vaginada baş verən zədələnmələr. Əksər hallarda doğuşdan sonra baş verən plastik əməliyyatların səbəbi vaginanın zədələnməsidir. Uşaqlıq yolunun vəziyyətinə və əzələsinin tonusuna aşağıdakı faktorlar təsir edə bilir.
* doğuş qaydalarına hazır olmamaq
* uşağın və əsasən də başının iri olması
* doğuş fəaliyyətinin zəif olması və ya tezləşdirilməsi
* epiziotimin keyfiyyətli tətbiq edilməsi(həddindən çox böyük ölçüdə yırtıqların əmələ gəlməməsi üçün aralıq nahiyədə xüsusi kəsiyin aparılması)
* uşaqlığın yumşaq toxumasında və aralıq nahiyədə aparılan kəsiklər
Qadınlar aşağıdakı narahatçılıq hissini keçirərkən plastik cərraha müraciət edirlər:
1 böyük olçüdə vaginaya sahib olduqda – bu doğuşlardan uzun müddət sonra olur
2 çapıqlar və birləşdirici toxumalar səbəbindən vaginanın istiqaməti dəyişdiyi zaman
3 düz bağırsaq və sidik kisəsi svişlərinin əmələ gəldiyi zaman
4 yaşla əlaqədər uşaqlıq yolunda dəyişikliklər əmələ gələn zaman 
Bu yaşla əlaqədar olaraq cinsi orqanların sallanması zamanı baş verir. Qadınlar yaşlandıqca daxili orqanları saxlayan bağlar öz elastikliyini, əzələlər isə tonusunu itirir. Bu zaman aşağıdakı əlamətlər ortaya çıxa bilir:
* vaginada hissiyyat mövcudluğu
* uşaqlığın uşaqlıq yolundan xaricə çıxması
* uşaqlığın sallanması səbəbindən qarın presi əzələlərinin gərginliyi
Əməliyyatın keçirilmə üsulları
Vaginoplastik aəməliyyatı tək və digər plastik əməliyyatlarla birlikdə həyata keçirilə bilər. Bu əməliyyatlara daxildir:
* kiçik cinsiyyət dodaqlarının plastik əməliyyatı( forma vermək, assimmetrik olan zaman eyniləşdirmək)
* perineoplastika(ölçüsünün kiçildilməsi)
Uşaqlıq yolunun plastik əməliyyatı zamanı onun selikli qişasının ölçüsünü kiçildilir. Əməliyyat zamanı yolun əzələ toxumasına toxunulmur və əzələ toxuması kəsilımir. Əzələ hissəsinə tikişlər qoyulub qatlanaraq uşaqlıq yolu daraldılır. Qatlar əzələ toxumasının fiksasiya olunmasına səbəb olur. Bu qatın arasına isə selikli qişa kənarları tikilir.
Yaşlı qadınlarda vaginanın plastik əməliyyatı onun uzunluğunu qısaltmaq və uşaqlığa fikasiya etməklə tətbiq edilir. Bəzi hallarda isə fiksasiya kiçik çanaq sümüyünə tətbiq edilir və ya uşaqlıq xaric edilir.
* İmplantın köməyi ilə
Uşaqlıq yolunun sallanması və tamamilə düşməsi zamanı onu fiksasiya etmək üçün xüsusi setkadan istifadə edilir. Bu setka isə kiçik çanaqda bir müddət qalır, sonra isə sorularaq birləşdirici toxumaya çevrilir. Bu əməliyyat ən uğurlu əməliyyatlardan hesab olunur və uzun illərdir ki, tətbiq edilir.
Nə zaman əməliyyat etmək olmaz?
* infeksion xəstəliklər zamanı(vərəm və növləri, qanıln infeksiya xəstəlikləri, mövsümi qripplər və s.) xəstəyə bu əməliyyatın tətbiq edilməsi münasib görülmür.
* qan xəstəlikləri zamanı
* qanın laxtalıanma qabiliyyətinin olmaması zamanı
* antikoaqulyantların qəbulu zamanı
* onkoloji xəstəliklər olduqda
* hipertrofik yaraların inkişaf etdiyi dövrdə
* daxili orqanların kəskin və xroniki xəstəlikləri zamanı
* ürək-damar və tənəffüs sisteminin kəskin xəstəlikləri zamanı
* orqanizmdə kəskin iltihabi proseslərin baş verdiyi zamanlarda
Əməliyyatdan sonrakı dövr
Bütün digər əməliyyatlar kimi cinsiyyət orqanlarının plastik əməliyyatı da əməliyyatdan sonra ciddi rejimə əməl etmək tələb edir. Yaxşı nəticənin əldə edilməsi əməliyyatdan sonrakl dövrdən çox asılıdır. Aşağıdakıların diqqət mərkəzində saxlanılması xəstənin vəziyyətinin tez yaxşılaşmasına səbəb olur:
* Hərəki aktivlik
İlk 3-5 gün ərzində xəstələrə ciddi yataq rejimi təyin olunur. Bunun üçün ən yaxşı yer əməliyyatdan sonra stasionar şəraitidir. Bu əməliyyatdan sonra xəstələrin evə getməsi əksər hallarda xoşagəlməz halların meydana çıxmasına səbəb olur. Uşaqlıq yolunun plastik əməliyyatından sonra xəstələrə bir ay ətrzində gəzməyə və oturmağa icazə verilmir. Xəstələrə iki aydan sonra fiziki aktivliklərini bərpa etmək tövsiyə edilir. Bu zaman isə onlara ağırlıq qaldırmağa, ev işi görməyə və idmanla məşğul olmağa qadağa qoyulur. Xəstələrə bir il ərzində 5 kq-dan çox yük qaldırmağa icazə verilmir.
* Qidalanma rejimi
Əməliyyatdan sonra ilk günlər xəstələrə qida qəbul etmək məsləhət görülmür, yanlız su və mors içməyə icazə veriliur. İki ay ərzində xəstələr aşağıdakı qidalanma rejiminə əməl etməlidirlər:
1 Qarının köpməsinə səbəb olan və qaz əmələ gətirən qidalardan uzaq durmaq lazım gəlir. Bu qarındaxılı təzyiqin əmələ gəlməməsi və kiçik çanaq orqanlarına təsir etməməsi üçündür.
2 Bağısaq fəaliyyətinin nəzarətdə saxlamaq vacibdir. Bu qəbizliyin qarışısının alınması üçün və vaginaya təsir edib sağalmanı gecikdirməməsi üçündür.
Əməliyyatdan sonra yaranın işlənməısi
Uşaqlıq yolunun selikli qişasında olan yaralara toxunmaq və ya qoparmaq olmaz. Yara kimi hiss olunan yerlər tilkiş atılan hissələrdir. Tikiş sapları isə müəyyən müddətdən sonra öz-özünə sorulub gedir. Aralıq nahiyyəsində olan tikişlər 7-10 gün müddətinə sorulur və bu zaman həmin nahiyə həkim tərəfindən antiseptik maddə ilə təmizlənir.
Seks
Vaginoplastika əməliyyatından sonra vaginoplastika əməliyyatından sonra iki ay ərzində xəstəyə cinsi əlaqədə olmaq məsləhət görülmür. Birinci ayda xəstəyə hətta cinsi həvəsə gəlməyə qadağa qoyulur. Bu uşaqlıq yoluna qanın axmasının sürətləndirə və əməliyyatdan sonra şişkinliklərin əmələ gəlməsinə və tikişlərin sökülməsinə səbəb olur.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol