Aparıcıdan canlı yayımda GÖZLƏNİLMƏZ ADDIM – VİDEO

Müğənni, aparıcı Seren Serengil həbsdən çıxdıqdan sonra aparıcılığını etdiyi “Duymayan Kalmasın” verilişinə gedib.

Metbuat.az xəbər verir ki, Serengil qəribə hərəkətlər edərək studiyanı tərk edib. Partnyoru Cengiz Semerciğlu Seren Serengilin təzyiqinin düşdüyünü bildirərək gərginliyi aradan qaldımağa çalışıb. Serengil isə “qəhvə stəkanını əlimdən saldım, hər şey yaxşıdır”- deyərək cavab verib.

Məşhur aparıcı sosial media hesabından hərəkətləri ilə bağlı açıqlama verib:

“Bu gün canlı yayımı tərk etdiyim yazılıb, bu təbii ki doğru deyil. Səhərdən ayaqüstə ac, susuz qalmışdım, bu da danışmağıma əngəl olurdu. Köməkçimdən kola istədim, çünki önümə su qoymuşdu, ancaq mən su içə bilmirdim. Canlı yayımda reklam olduğu üçün kola deyə bilmədim və qəhvə gətirməsini bildirdim. Ancaq o əlindəki telefonla məşğul olduğu üçün məni eşitmədi. Mən də buna görə, əsəbləşdim, kolamı özüm süzüb yenidən yerimə döndüm”.

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol