Votsapda şok mesaj: Nilufəri öldürməyə gəlirəm

10-cu sinif şagirdi öz sinif yoldaşını öldürüb.

Luxlife.az hurriyet.com.tr saytına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Bursanın mərkəz Osmanqazi bölgəsində Hürriyət Anadolu Liseyinin 10-cu sinif şagirdi Həsən adlı şagird səhər məktəbə gələrək 3-cü mərtəbədəki sinifə qalxıb. Həsən dərs başlamazdan öncə bir müddət sinif yoldaşı Nilufərlə dava edib. Nilufəri lövhənin yanına çağıran Həsən özü ilə gətirdiyi tapança ilə 16 yaşlı yaşındakı Nilüfər Acarı öldürdükdən sonra silahı başına dirəyərək intihara cəhd edib. Qan gölünə dönən sinifdə böyük təşviş yaşayan sinif yoldaşları vəziyyəti müəllimlərinə xəbər veriblər.

Nilufər həyatını itirsə də, Həsən ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, Həsən oğlan sinif yoldaşlarının toplaşdığı Whatsapp qrupunda “Nilufəri vurmağa gəlirəm” yazdığı ortaya çıxıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol