Xalq artistinin bacısı qocalar evində yaşayırmış – FOTO

Əfsanəvi müğənni, mərhum xalq artisti Oqtay Ağayevin bacısı Zemfira Səfərova qocalar evində yaşayırmış.

“Ölkə.Az”ın məlumatına görə, Zemfira Səfərova dördüncü ildir ki, Bilgəh qəsəbəsində Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayır. Əməkdaşımız M.Səfərovanın özü ilə əlaqə saxlayıb:

“Mən Oqtay Ağayevin bacısıyam, özüm də gənclik illərimdə ansambllarda çalışmışam. Amma heç vaxtqardaşımla ünsiyyətimiz, get-gəlimiz olmayıb. Heç o nəsildən kimisə tanımaq da istəmirəm. Çünki mənə qarşı münasibətləri yaxşı olmayıb. Soyadım da atalığım Səfər Məhərrəmovundur, heç öz atam Qəzənfər haqda eşitmək də istəmirəm. Hazırda 69 yaşım var. Burada mənə olan münasibətdən çox razıyam”.

Qeyd edək ki, O.Ağayev 2006-cı ildə vəfat edib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol