Xürrəm Sultan Rusiya və Ukrayna arasında mübahisəyə çevrildi, Türkiyə cavab verdi

Türkiyənin hakimiyyət orqanları 1-ci Sultan Süleymanın həyat yoldaşı olmuş Roksolananın məqbərəsi qarşısında qoyulmuş lövhəyə dəyişiklik edib.

Luxlife.az xəbər verir ki, lövhə üzərindəki mətndən Roksolananın rus mənşəyi barədə məlumat çıxarılıb. Sonradan bəlli olub ki, bu dəyişiklik Ukraynanın Türkiyədəki səfirliyinin xahişi ilə həyata keçirilib. Bu barədə məlumatı diplomatik missiya öz Twitter hesabı üzərindən yayımlayıb.

Yayılmış tvitdə buildirilir: “Tədricən tarixi həqiqəti bərpa edirik: Səfirliyimizin müraciətinə əsasən Türkiyə tərəfi 1-ci Sultan Süleymanın həyat yoldaşı olmuş Roksolananın Süleymaniyyə məscidinin yanında yerləşən məqbərəsi üzərindəki mətnə dəyişiklik edib və onun guya rus əsilli olması barədə məlumatı çıxarıb”.

Avropada Roksolana kimi tanınan Xürrəm Sultan əvvəlcə Sultan Süleymanın kənizi, sonra isə həyat yoldaşı olub. Osmanlı İmperiyasının qərarlarında böyük tol oynayan Xürrəm Sultanın milli kökləri ilə bağlı mübahisəslər hələ də davam edir.

Hazırda onun əsl adı və milli kökləri dəqiq bilinmir. Amma ümumən qəbul edilən versiyaya görə, Xürrəm Sultan hazırda Ukraynanın İvano-Frankovsk vilayətində yerləşən Roqatin şəhərində pravoslav keşişin ailəsində dünyaya göz açıb. Əsl adı Anastasiya Qavrilovna Lisovskaya kimi qəbul olunur. 15 yaşının tamamında qız Krım tatarlarına əsir düşüb, bir neçə dəfə kəniz kimi satıldıqdan sonra Osmanlı sultanının hərəmxanasına süşüb.

Sonradan Sultan Süleyman onunla ailə qurub və Xürrəm Sultan Osmanlı İmperiyası üçün verdiyi vacib qərarlarla tarixə düşüb. Xürrəm Sultan həmçinin 2-ci Sultan Səlimin anası olub.

Həmin dövrü əhatə edən “Möhtəşəm Yüzil” serialı Rusiya, Ukrayna, həmçinin bütün MDB və Avropada böyük populyarlıq qazanmışdı.

Загрузка...