Yanbızını böyütmək istədi, öldü

Загрузка...

Braziliyanın ən böyük şirkətlərindən birinin sahibi olan 25 yaşlı iş qadını ölüb.

Fernanda de Assis adlı qadın yanbız qaldırma əməliyyatına girib. Onun halı əməliyyatdan bir neçə gün sonra pisləşib və həyatını itirib.

Məlum olub ki, iş xanımı əməliyyatı ərindən icazəsiz etdirib. Hətta xəstəxanada belə qeyri-qanuni şəkildə əməliyyat olunub.

Sonradan qadın nəfəs almama, əl-ayağını hərəkət etdirməmə və bədənində göyərmə izləri şikayəti ilə Riodakı xəstəxanaya aparılıb. Bir neçə gün reanimasiyada qalan qadın ölüb. Onun əri Aleks Fernando həyat yoldaşına dəfələrlə estetik əməliyyat etdirməməsi üçün xəbərdarlıq etdiyini deyib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol