Yataqda 7 qadın tipi

Luxlife.az saytı 7 qadın tipinin özəlliklərini təqdim edir.

1. Şagird

Bu balaca qızcığazın müxtəlif yaşları ola bilər: 19 və ya 42. Ən vacibi odur ki, onun əsas əlaməti yaşı və ya xarici görünüşü deyil. Bu qadınlarda əsas olan təşəbbüsü tamamilə kişiyə vermələridir. Bu qadınların çox vaxt dominantlıq edən kişini gözləyirlər.

Bu cür qadınlar adətən özlərindən yaşca böyük, güclü və yüksək sosial statusa malik kişilərə üstünlük verirlər. Kişilərinin təkliflərinə asanlıqla razılıq verirlər. Amma özləri təşəbbüskar deyillər. Nə həyatda, nə də yataqda təşəbbüs göstərmirlər.

2. Amazonla

Parlaq və müstəqil qadın tipidir. Həyatda da, yataqda da bütün təşəbbüsləri öz əlinə götürür. Bu cür qadınlar bəzən kişi kimi geyinməyi və öz həmcinsləri ilə yatmağı da sevirlər. Onlar kişiləri də, qadınları da yatağa salmağı bacarırlar. Yataqda bütün yenilikləri yoxlayır.
Bu cür qadınlar intellekti yüksək olan və qadın kaprizlərinə dözməyi bacaran kişilərə üstünlük verirlər. Düşünməyin ki, bu cür qadınlarla münasibətdə olan kişilər xoşbəxt deyillər. Əksinə, onların xoşbəxtlyini bir çox kişilər heç yuxularında da görməyiblər.

3. Gecə keşikçisi

Bu cür qadınlar partnyorlarını tez-tez dəyişməyi xoşlayırlar. Yeni təəssüratlar yaşamağı çox sevirlər. Onlar monoton həyatdansa, ölməyi üstün tuturlar.

Bu qadınlar daim təşəbbüskardırlar. Məğlubiyyət və təhlükələr onun ehtirasının qarşısını ala bilməz.

Kİşilər də öz növbələrində bu cür qadınları çox sevirlər. Qadının onlara xəyanət etdiklərini bilə-bilə yenə ondan ayrıla bilmirlər. Kişilər o qadın həyatlarında qalsın deyə, hər cür məşəqqətlərə dözməyə hazıdırlar.

4. Şahzadə

Bu cür qadınlar üçün romantika önəmlidir. Onlar heç də göründükləri qədər ehtiraslı deyillər.

Bu cür qadınlar sosial həyatda çox fəal olurlar. Kişilər də bu cür qadınlara yardım etmək arzusu ilə yanırlar. Onlar kişilərin yardımı ilə uğurlar qazanırlar.
Nə qədər ehtiraslı görünsələr belə, yataqda bu qadınlar passivdirlər. Bütün təşəbbüsü kişiyə buraxırlar. Bu səbəbdən də çox vaxt darıxdırıcı olurlar və bir-iki intim münasibətdən sonra kişilər tərəfindən atılırlar.

5. Sevginin qulu

Adi və sıradan bir qadın tipidir. İntim münasibətləri sevir, bacarır, təcrübədən keçirir, amma yalnız sevdiyi kişi ilə. Bu qadınlar emosiyalara çox önəm verirlər. Qulaqlarına deyilən xoş sözlər, saçının tumarlanması və s. Bu qadınlar üçün çox önəmlidir. Onlara pis münasibət göstərən kişiləri sevdikləri kimi unutmağı da bacarırlar.

6. Alverçi

Bu cür qadınlar kişilərdən öz maddi təminatlarını yaxşılaşdırmaq üçün istifadə edirlər. Heç vaxt dilə gətirməsələr də, şüuraltı olaraq hər seks üçün pul da ürəklərindən keçir. Kişilərin hisslərini hədiyyənin dəyri ilə ölçürlər. Onların rəyinə görə, kişi bahalı hədiyyə alıbsa, sevir. Ucuz hədiyyə alıbsa, sevmir, yalnız yataq haqqında düşünür.

Yataqda bu qadınlar isti və ya soyuq ola bilirlər. Hər şey verilən hədiyyənin dəyərindən asılıdır.

7. Buz parçası

Bu cür qadınlar adətən intim mövzusunda gec böyüyürlər. Onları adətən ərə getmək və uşaq doğmaqdansa, “daha ciddi” məsələlər düşündürür.
Bu cür qadınlar bir kişi ilə ayrıldısa, intim haqqında heç düşünmürlər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol