“Yataqda məni “Raba Raba” deyə çağırırdı, 35 yaşımda dərk elədim ki, zorlayırmış” – FOTO

Pop dünyasının əfsanəsi Maykl Ceksonla bağlı qalmaqallar bitmir.

Luxlife.az xarici mətbuata istinadla xəbər verir ki, yetkinlik yaşına çatmayanları zorlamaqda günahlandırılan Maykl Ceksonla bağlı daha bir iddia səsləndirilib.

Hazırda 35 yaşı olan Maykl Cakobsun iddiasına görə, o, 14 yaşındaykən pop ulduzunun cinsi istismarına məruz qalıb.

“Maykl Cekson məni yataqda “Raba Raba” deyə çağırırdı və mən hələ indi dərk edirəm ki, o, məni zorlayıb”, – deyə Maykl Cakobs söyləyib.

Sunday Mirror-a açıqlama verən Maykl müğənninin ona və başqa uşaqlara qarşı seksual xarakterli hərəkətlər etdiyini deyib.

Hazırda 3 yaşlı övladı olan Mayklın dediyinə görə təcavüzə məruz qalan zaman Maykl Ceksonun 35 yaşı olub.

“Maykl Cekson məni tanıyanda təxminən indiki yaşımdaydı. O, həmişə məndən onunla yatmağı xahiş edirdi. Mən ona “yox” deyəndə isə, dəfələrlə “xahiş edirəm”, deyib, yalvarırdı”.

Qeyd edək ki, 2009-cu ildə vəfat etmiş amerikalı Maykl Ceksonla bağlı sənədli filmin adı “Neverlendi tərk edərkən”dir (Leaving Neverland). Rejissoru Den Rid olan 4 saatlıq sənədli film HBO və Channel 4 telekanallarında nümayiş olunacaq. Filmin “baş qəhrəman”ı, rəqqas Ueyd Robsonun dediyinə görə, Maykl Cekson tam 7 il ona təcavüz edib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol