Yol polisi sürücüləri bu cür aldadacaq – DİQQƏTLİ OLUN

Bir çox avropa ölkələrində olduğu kimi artıq Azərbaycanda da yol kənarında maket polis maşınlarına rast gələ bilərsiniz. Yeni maketlər əsl polis maşınından heç də fərqlənmir hətta üzərinə sayrışan işıqlar da var.

Uzaqdan real yol polisi maşınından heç də fərqlənmir. Bunu görən sürücülər isə sürəti azaldır və bir daha baxırlar. Görüntülər Bakı-Şamaxı yolundandır.

Maketin qoyulması həm ərazidən keçən sərnişinlərin, həm də sürücülərin ürəyincədir. Onların qoyulmasından qısa zaman keçməsinə baxmayaraq artıq maketin faydasını gördüklərini bildirirlər.
Qeyd edək ki, effektli olduğu üçün dünyanın bir çox ölkələrində eyni zamanda Avropada bu təcrübədən geniş istifadə edilir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol