Zərif Qadınların Güclü Seçimi: Ən uğurlu 10 Avtomobil

Ötən illər ərzində dünyada və ölkəmizdə sürətlə artan qadın sürücülərin sayı avtomobil firmalarının daha çox qadınlar üçün də avtomobil variantları istehsal etməsinə səbəb oldu.

Ölçüsü kiçik olan, lakin funksional, cazibədar və daha çox qadınlara xitab edən avtomobillərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, bəzi modellər çox yüksək qiymətləndirilmişdir ki, həmin modellərin fərqli hazırlanmış variantları bir seçim kimi təklif olunur. Hal-hazırda çatdığımız nöqtəyə baxdığınız zaman, yollarda qadın sürücülərin də az olmaması ilə maşın firmalarının bu yolda doğru hərəkət etdiklərini anlamaq olar. Avtomobil markalarının Azərbaycanda etdikləri təkliflər arasında da çoxlu seçim şansı var və bu maşınlar hər büdcəyə görə fərqlilik təşkil edir.

Qadın avtomobillərinin büdcəsini, rahatlığını, funksionallığını, dizaynını və cəlbedicilik meyarlarını nəzərə alaraq, ən yaxşı 10 avtomobil modelini birləşdirdik. Gəlin, indi birlikdə nəzərdən keçirək.

NİSSAN MİCRA:

16,800 AZN-dən başlayan qiymətlərlə. Gözəl və yeni texnologiyalı, sport görünüşlü maşındır. Ön və arxa spoylerləri və unikal dizaynı maşına fərqlilik bəxş edir ki, bu da qadınların ən çox seçim etdikləri maşınlardan biridir.

CİTROEN C1:

16.700 AZN-dən başlayan qiymətlərlə, Əsl şəhər maşını olan bu kübar Fransız avtomobili üstün səs sistemi keyfiyyəti, aşağı yanacaq istehlakı və önündəki LED işıqları ilə əyləncəli bir şəhər dizaynını təqdim edir.

MİNİ COOPER: 

25.200 AZN-dən başlayan qiymətlər ilə Mini Cooper-i çox da izah etməyə gərək yoxdur. Fərqli rəng tonları və dizayn paketləri ilə həm qadınların həm də kişilərin seçiminə çevrilir. Bir sözlə, Mini Cooper-i sevməyən çox az sayda qadın var.

FİAT 500:

17.400AZN-dən başlayan qiymətləri ilə Fiat 500 həqiqətən çox şık görünüşə sahibdir. İtalyan Fiat markası xüsusilə qadınlar üçün hazırlanmış Fiat 500 və Fiat 500c modelləri ilə xanımları özünə heyran edir. Əsasən də üstü açılan model 500c çox qadının xəyalıdır.

NİSSAN JUKE: 

20.800 AZN-dən başlayan və yığcam maşınlara üstünlük verməyən qadınların seçimi. Büdcənizə dost, çəkici baxışları və yüksək sürücülüyü ilə Nisaan Juke  “komfortlu avtomobil istəyirəm” deyən xanımların seçimidir.

VOLKSWAGEN POLO:

14.600 AZN-dən başlayan qiyməti ilə şübhəsiz ki, ən çox istifadə edilən qadın avtomobillərindən biridir. Möhkəm quruluşu, keyfiyyəti və təhlükəsizliyi ilə bir sıra iş qadınları tərəfindən sevilərək istifadə olunur.

FORD FİESTA: 

15.900 AZN-dən başlayan qiymətləri ilə bir neçə il bundan əvvəl daha sərt bir quruluşa malik olan Fiesta, ötən il xanımları hədəf alaraq onların xüsusi diqqətini çəkə bilmişdir.. Bunu hər 5 qadından  birinin Fiesta’yı bəyənməsi və istifadə etməsi sübut edir.

AUDİ A3: 

35.800 AZN-dən başlayan qiymətlərlə.  Audi qiymət baxımından lider maşınlardan biridir. Amma keyfiyyəti mübahisə olunmazdır. Audi həm marka dəyəri həmdə ortaya qoyduğu işlər ilə özünü sübut etmiş bir avtomobil şirkətidir. A3 ilə hədəf kütləsini qadınlar olaraq seçən Audi bu hədəfində yüksək qiymətlərinə rəğmən müvəffəqiyyətli bir qrafik çəkir.

TOYOTA YARİS:

 15.000 AZN-dən başlayan və Azərbaycanda ən çox istehlak edilən avtomobil markalarının başında gələn Yapon şirkəti –Toyota, artan qadın sürücüləri arasında özünə bir yer etmək üçün istehsal etdiyi “Yaris” qadınlar tərəfindən çox bəyənildi. Hybrid modeli ile Yaris qadınların en çox seçdikləri arasındadır.

RANGE ROVER EVOQUE: 

84.500 AZN-dən başlayan qiyməti ilə Range Rover Evoque xanımlar arasında sözün qurtardığı yer olaraq adlandırıla bilər. Müdhiş dizaynı, jeep formasına malik olması və orta yanacaq istehlakı ilə sözün tam mənasında möhtəşəm bir qadın maşınıdır. Yüksək qiyməti qadınları narahat etsə də, imkanı olan qadınların Evoque-dan başqa model seçməyəcəkləri qətidir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol