Zarina Qurbanova həmkarlarını ifşa etdi: “Günü 50 manata çalışırlar, amma deyirlər ki, guya 50 min qonorar alırlar”

Aktrisa Zarina Qurbanova iddialı açıqlamalar edib.

Son zamanlar inkişafda olan film sənayesindən danışan Z.Qurbanova gənc aktrisaların yalanlarının üstünü açıb:

“20 min manata hələ gəlib çıxmamışam. Əgər gənc aktrisalardan kimsə roluna görə 20 min manat aldığını deyirsə, bilin ki, yalan danışır.

Misal üçün ötən ilin yay aylarında təklif aldığım, lakin razılaşmadığım seriallar oldu. Gördüm ki, mənim yerimə başqasını seçiblər. Gör neçə aktrisaya yol açmışam. Hətta bəzilərini özüm məsləhət görmüşəm.

Bir filmdə epizodik rol oynayan aktrisa saç ustama zəng edib 1000 manat qarşılığında onu reklam edə biləcəyini deyib. Bilmirəm bunlar nə fikirləşirlər?

Qaldı ki, qonorara mənim yaşda olanlar aldıqları qonorarı şişirdirlər. Guya 50-60 min manat alırlar. Əslində isə günlük 50 manata çəkilirlər. Hətta təki ekran işində rol alsın deyə pulsuz oynayanlar da var. Ümumi filmə 600-700 manat alanda sevinirlər.

Özünü bahalı aktrisa kimi təqdim edən biri mənimlə eyni filmdə ödənişsiz çəkilmişdi”.

O, həmkarları arasında baş verən qalmaqala da münasibət bildirib:

“Birincisi od olmayan yerdən tüstü çıxmaz. Qalmaqallı aktrisalar arasında tanışlarım da var. Onlara demişəm ki, kütlə sizi daha çox tanıyır. Həmin kütləni hansı yolla qazanmısınız öz işinizdir. Amma siz öz timsalınızda bizi təmsil edirsiniz. Öz aranızda olan şəxsi söhbətlərinizi ictimailəşdirməyin. Bütün aktrisaların adını eyni göstərmək olmaz”.

Zarina Qurbanova eyni zamanda aktyorlara ödənilən məbləğin kəsildiyini də bildirib:

“Keyfiyyətli layihədə heç kimin pulu kəsilməməlidir. Əgər filmə 100-150 min manat ayrılırsa həmin məbləğdən aktyora 20 min manat yazılır. Amma ödəniş zamanı cəmi 2 min manat verilir. Əvvəl bu sahədə yeni olduğumuz üçün bilmirdik. İndi hər şeydən xəbərdarıq. İnsana stimul lazımdır. Olmadısa hər şeyi yola verir”.

Z.Qurbanova seçimlərinə qatıldığı xarici layihə barədə isə bunları deyib:

“Alınmadı seçmədilər. Türkiyəli aktrisa seçildi. Buna səbəb isə məni düzgün təqdim etməmələri oldu. Mənim haqqımda rejissor və prodüsserlərdən soruşublar. Daha nələrin baş verdiyindən xəbərsizəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.