İlham Əliyev Əli Həsənovu işdən çıxardı. Yerinə Anar Ələkbərovu təyin etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovu vəzifəsindən azad edib.

Luxlife.az xəbər verir ki, dövlət başçısının sərəncamında deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilsin.”

Prezidentin digər sərəncamı ilə Anar Ələkbərova yüksək vəzifə verib. A. Ələkbərov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

Prezidentin digər sərəncamı ilə Anar Ələkbərov Birinci vitse prezidentin köməkçisi vəzifəsindən azad edilib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol