Hakan Şükür Uber-də işə başladı

Türkiyədə haqqında həbs qərarı çıxarılan və əmlakə müsadirə olunan FETÖ fərarisi Türkiyə milli komandasının keçmiş futbolçu, sabiq deputat Hakan Şükür, Amerika Birləşmiş Ştatlarında taksi sürücülüyü ilə məşğuldur.

Unikal.org xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Türkiyədəki mülkü müsadirə olunan, 2015-cin ildə ABŞ-a qaçan H.Şükürün açdığı kafedə işlər pis getməyə başlayıb. Həmin iş yerini bağlamaq məcburiyyətində qalan sabiq millət vəkilinin «uber» sürücülüyü və kitab satıcılığı ilə məşğul olduğu bildirilib.

Xatırladaq ki, ABŞ-da müxtəlif işlərlə məşğul olan Hakan Şükürün ailəsinin də mal varlıqlarına əl qoyulub.

Türkiyədən ABŞ-a qaçdıqdan sonra bir müddət özünə lüks həyat quran Şükür Kalifornia əyalətində 2018-ci ildə tərəfindən görüntülənmişdi. H.Şükürün o dövrdə ailəsiylə yaşadığı evin qitymətinin 3 milyon dollar olduğu, onun həmin evdə aylıq 6 min 850 dollar kirayə pulu ödədiyi ortaya çıxmışdı.

3 milyon dollarlıq evi ilə yanaşı, Şükür lüks avtomobilləri ilə diqqət çəkdi və evinin qarşısında ağ rəngdə və ən son model Ciplər və minik avtomobilləri ilə görüntülənmişdi.

O mətbuat tərəfindən görüntüləndikdən sonra Kaliforniyada başqa bir əraziyə köçməli olmuşdu.