«Möhtəşəm yüz il: Kösem»-in bu aktyorları həyatda sevgili imişlər — FOTO

«Möhtəşəm yüz il: Kösem Sultan» serialının aktyoru Caner Cindoruk və aktrisası Farah Zeynəb sevgili olublar.

«LuxLife»-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çəkilişlər zamanı aralarında yaxınlaşma olduğu iddia edilən ikili dünən ilk dəfə birlikdə görüntülənib.

Aktyor Yılmaz Ərdoğanın «Münaşaka»sını izləməyə gələn cütlük qol-qola kameralar qarşısına keçib.

Sevgililər də hamı kimi növbəyə dayanaraq bilet alıblar.

Qeyd edək ki, Caner serialda «Silahtar Mustafa Paşa», Farah isə «Farya» obrazını canlandırır.

LuxLife.Az