Nəvənin maşın kolleksiyası: “Niva”dan tutmuş “Bentley”ə qədər — FOTOLAR

Orta məktəb skamyasının arxasından duran kimi sürətlə milyonçuya çevrilən nəvə… Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun 23 yaşlı nəvəsi Nail Allahverdiyevin ötən həftə törətdiyi dəhşətli avtoqəzadan sonra məmurlar və onların ailə üzvləri mövzusu yenidən bir nömrəli ictimai müzakirə mövzusuna çevrilib. Çünki bu, adi, ehtiyatsızlıqdan törədilmiş avtomobil qəzası deyildi və yüksək vəzifəli məmurun orta məktəb skamyasının arxasından duran kimi sürətlə milyonçuya çevrilən, çoxsaylı superkarlardan ibarət kolleksiyaya malik olan ailə üzvünün başgicəlləndirici sərvətin təsiri ilə harınlamasından doğan hadisə idi.

Virtualaz.org qeyd edir ki, mətbuat növbəti dəfə yüksək vəzifəli məmurun ailə üzvlərinin dəbdəbəli həyat tərzini nümayiş etdirmək üçün uzağa gedəsi olmayıb. Çünki digər məmur övladları kimi Nail Allahverdiyev də özünün dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə geniş reklam edirdi. Və bu gəncin İnstagram, Facebook hesablarında onun ümumi dəyəri milyonlarla hesablana biləcək çoxsaylı avtomobillərdən ibarət kolleksiyasına dair çoxsaylı fotolar yer alırdı.

Luxlife.az

{gallery}nnnn{/gallery}