«Uşağımı qəbul edən olsa, ərə gedərəm» — Şahin Zəkizadənin xanımı

«Övladımı qəbul edən biri qarşıma çıxsa evlənməyi düşünərəm».

Bu sözləri xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə söyləyib.

O bildirib ki, bu haqda mərhum həyat yoldaşı ilə də bir neçə dəfə söhbətləşibmiş:

«Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. Ancaq qismətdir, nə vaxtsa övladımı qəbul edən biri qarşıma çıxsa, evlənməyi düşünərəm. Şahin həmişə məndən soruşardı ki, nə zamansa ölsəm, yenidən ərə gedərsənmi? O çox qısqanc idi, zarafatca «Rahat öl, səndən sonra həyatımda heç kim olmayacaq» deyərdim, o isə susardı».

S.Zəkizadə maddi vəziyyəti barədə də danışıb. O bildirib ki, heç bir yerdən gəliri yoxdur:

«Şahindən sonra ailəmi özüm saxlayıram. Nə dost, nə də tanışdan bu barədə köməklik görmüşəm».

Luxlife.az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol
error: Mətni kopyalamağa icazə yoxdur.