Azərbaycanlı müğənni müflis olub — VİDEO

ARB TV-nin “Günə davam” proqramının budəfəki qonağı müğənni Mənzurə Musayeva olub.

Luxlife.az xəbər verir ki, müğənni verilişdə uğursuz biznes həyatından danışıb:

“Yüngül biznesim var idi. Hamısı əlimdən getdi. Bəzi problemlər səbəbindən daş karyerini işlədə bilmədik. Yüz min itirdim, müflis oldum”.

Mənzurə Musayevə həmçinin sənət aləmində ona paxıllıq edənlərə də toxunub:

“Reytinqləri qaldırmaq üçün qalmaqal edənlər var. Xalq məni çox sevir. Toylarım olur, deyirlər ki, bu nə edib ki, toyları var. Biz xalq üçün oxuyuruq. Bu sezon hər gün toyda olmuşam”.

Luxlife.az

{youtube}qfOYVrNM2P0{/youtube}