İtaliya memarlığı Azərbaycana gəlir — FOTO

“Armadil Group” şirkəti İtaliya memarları ilə əməkdaşlığa başlayıb.

Bu əməkdaşlıq Azərbaycanda İtaliya memarlıq üslubunun gətirilməsi üçün geniş imkanlar açacaq. Ötən həftə Azərbaycanda səfərdə olan italiyalı memarlar Peppe Staiano, Anna Stara və Davide Romagnoli şirkətimizdə olublar. İtaliyalı memarlarla geniş fikir mübadiləsi aparılıb və birgə əməkdaşlıq barədə razılığa gəlinib. Ölkəmizdə İtaliya memarlıq üslubuna və dizaynına marağın geniş olması nəzərə alınaraq onlarla əməkdaşlıq edilməsi barədə razılığa gəlinib.

İtaliyalı memarlar şirkətimizin Bakı və Gəncə şəhərlərində reallaşdırdığı layihələrlə də tanış olublar. Gəncə şəhərinə səfər çərçivəsində qonaqlar şirkətimiz tərəfindən reallaşdırılan Filarmoniya binasının dam örtüyü layihəsi ilə tanış olublar. Azərbaycanda bu cür mükəmməl işlərin görülməsindən heyranlıqlarını gizlədə bilməyiblər. Azərbaycan, Bakı və Gəncə haqqında, bu şəhərlərdə reallaşdırılan yeni layihələr haqqında təəssüratların sözlərə sığmayacaq dərəcədə möhtəşəm olub.

İtaliyalı memarlar Azərbaycanın gündən-günə yenilənməsində, gözəlləşməsində İtaliya memarlıq ənənəsinin də töhfə verə biləcəyini dilə gətiriblər. 

Bakı şəhərində müxtəlif dövlət qurumlarında, Gəncə şəhərinin isə İcra Hakimiyyətində keçirilən görüşlər də faydalı olub. Gəncə şəhərinin yenilənməsində İtaliya memarlıq üslubundan da istifadə haqqında ilkin razılıq əldə olunub.

Bundan sonra “Armadil Group” şirkətinin reallaşdıracağı layihələrdə qədim ənənələrə söykənən İtaliya memarlıq üslubunu da görmək olacaq. Bu üslub binaların dam örtüyü, fasad sistemi və daxili dizayn işlərində öz əksini tapcaq.

Xatırladaq ki, adı çəkilən memarlar Peppe Staiano, Anna Stara və Davide Romagnoli İtaliya, Monako, İspaniya və bir sıra digər Avropa ölkələrində layihələrə imza atıblar. Monako şahzadəsi Stephanie Grimaldi “Armadil Group” ilə əməkdaşlıq edən memar Peppe Staianonun layihələrindən öz malikanəsinin inşasında istifadə edib. Bu memarlar Avtopanın digər kübar ailələri ilə də sıx əməkdaşlıq edirlər.

«Armadil Group» şirkətinin Azərbaycanda reallaşdırdığı layihələrlə bu linkdə tanış ola bilərsiniz. 

LuxLife.Az

{gallery}armadil{/gallery}