«Məni ərə verdilər, sonra boşadılar» — VİDEO

Müğənni Aysel Əlizadə haqqında yayılan şayiələrə son qoyub.

Sənətçi “10lar”a açıqlamasında sevgilisindən ayrılması xəbərinə aydınlıq gətirib:

“Bir ara məni ərə verdilər, sonra boşandırdılar, ana etdilər. Mən sevgilim haqda heç vaxt açıqlama verməmişəm. Şəxsi həyat gizli qalmalıdır. Güclü insanam, depressiyaya düşsəm də bu uzun çəkmir. Əkizlər bürcünün adamları depressiyada olanda başqalarına hiss etdirmirlər. Mən həmin an daha güclü oluram. Kiməsə aciz görsənmək istəmirəm. Daxildə çox yıxılıram. Yaxınlarım nə vəziyyətdə olduğumu bilir. Pis günümü diləyənlər, gözü götürməyənlər çoxdur. Onlar heç vaxt məni gözüyaşlı görməyəcəklər”. /mənbə: axsam.az/

LuxLife.Az

{youtube}HXsMOkUL23M{/youtube}