AZTV-nin sədri işdən çıxarıldı

Prezident İlham Əliyev Arif Alışanovun «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Luxlife.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

«Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Arif Nizam oğlu Alışanov «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
  2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir».

Mətbuatda yayılan digər məlumata görə, AZTV-nin tanınmış jurnalisti Rövşən Məmmədov (Rafiqoğlu) sədrin vəzifələrini müvəqqəti icra edəcək.