Mehriban Əliyeva birinci xanımların birincisi oldu

Bütün ölkələrdə prezidentlə yanaşı birinci xanımın da müəyyən öhdəlik və vəzifələri var. Ölkənin birinci xanımı nəinki cəmiyyətin, bütün dünyanın diqqət mərkəzində olan bir şəxsdir. Onların fəaliyyəti, geyimi, həyat tərzi bütün dünyanı maraqlandıran amillər sırasındadır. Buna görə də ölkənin birinci xanımları geyim, saç düzümləri ilə yanaşı, danışıq və davranışlarına da xüsusilə diqqət etməlidirlər. Onların atdıqları hər bir addım dünya gündəminin əsas müzakirə mövzusuna çevrilir.

PrimeTime.Az bildirir ki, tatler.ru saytı dünyanın ən gözəl və cazibədar beş “first lady”sinin siyahısını hazırlayıb.

Siyahıya Azərbaycanın birinci xanımı Mehriban Əliyeva liderlik edir. Orada Heydər Əliyev Fondunun və Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın xüsusi gözəlliyə sahib olduğu vurğulanıb. Onun həm gözəl, həm də ölkəsinin inkişafı üçün bacarıqlı birinci xanım olduğu da qeyd olunub.

Siyahıda ikinci yeri Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd tutur. Ölkəsində 4 ildir müharibə olmasına baxmayaraq, Əsma Əsədin bir dəfə də olsun qaçmaq fikrində olmadığı vurğulanıb.

O, bu çətinliklər zamanı ərinə dəstək olub. Bütün işgüzar görüşlərdə Əsma Əsəd də fəal iştirak edib.

Üçüncü yerdə Meksikanın “first lady”si Anxelika Rivera gəlir.

Dördüncü sırada Argentinanın birinci xanımı Xuliana Avadadır.

Siyahını Qabonun prezidentinin xanımı Silviya Bonqo Ondimba tamamlayır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol