Coli və Pitin boşanması haqda yeni iddialar ortaya çıxdı

Ancelina Coli və Bred Pitin boşanma qərarından sonra mediada müxtəlif iddialar və şayiələr yayılır.

Bu dəfə cütlük arasındakı problemin onların birgə iştirak etdiyi filmin çəkilişlərindən bəri olduğu bildirilib.

2014-cü ilin avqustunda Coli və Pit toylarından dərhal sonra Maltaya yollanaraq “Dəniz kənarında” filminin çəkilişlərinə başlayıblar. Altı uşaqlı ailə orada yaşamaq üçün 3 villanı kirayəyə götürüblər – Coli-Pitt, uşaqlar və 8 dayə üçün. Şahidlər bildirir ki, cütlük çəkilişlərdən kənar bir-birləri ilə dialoqa girmir, soyuq və diqqətsiz davranırmışlar.

Colinin rejissorluq və ssenarilik etdiyi, Pitin isə prodüseri olduğu filmin məhz buna görə gözləniləndən zəif alındığı bildirilir. Maltada gündəlik çəkilişdən sonra aktyor hər gecə yerli barlardan birinə gedir, orada tək içirmiş. Aktrisa isə ərini hər dəfə tək buraxırmış.

Qeyd edək ki, cütlük hazırda məhkəməyə hazırlaşır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol