Bakı-Sumqayıt qatarı yolda qaldı
Bu dəqiqələrdə Bakıdan Sumqayıta doğru hərəkət edən sürət qatarı yolda qalıb.
“LuxLife” xəbər verir ki, qatarın yolda qalmasına səbəb hava şəraitidir. Yağan güclü qar yol ayrıclarında çətinliklər yaradıb. Yol ötürücüləri işə düşmür. Hazırda Dəmir Yolu idarəsinin əməkdaşları yol ötürücüsünün qardan təmizlənməsi istiqamətində iş aparırlar.
Sumqayıtdan bakı istiqamətində gedən qatar da yolda qalıb.
LuxLife.Az
Bu xəbərə şərh yaz