Ailəm, işim, övladım var” – Günay Firudinqızı

“Tez-tez səhv etmirəm. Amma insanın hər an dediyi bir “kaş ki”lər var. Bu mənim də həyatımdan yan ötməyib. Nə etsən də bunsuz mümkün deyil. Həyata gəlmişiksə, çəkəcəyimiz yükümüz, edəcəyimiz səhvlər var. Çox şey var ki onlar bizim əlimizdə deyil. Amma cılız insanlar da az deyil”.

Luxlife.az-ın məlumatına görə, bu sözləri aparıcı Günay Firudinqızı “ATV kulis” verilişində deyib.

Aparıcı ailəsindən, işlərindən danışıb:

“Ailəm yanımda olduğu üçün arxamdadırlar. Gücüm öncə Allah, sonra ailəm olub. Ona görə də çətinliklər çəkmirəm. Həm də güclü insanam. Güclü olmasaydım, “Geriyə baxanda” kimi proqram edib, o cür insanlar qarşısında dayana bilməzdim. İnsanlara yararlı veriliş edirəm. Tamaşaçı baxıb, ondan nəsə götürür. Real həyatda isə mən öz valideynlərimdən örnək götürürəm”.

G.Firudinqızı hər zaman eyni olduğunu söyləyib:

“Efirdə də həyatda olduğum kimiyəm. Bu kameralar səni hər zaman çəkməyə bilər. Bizdən öncə də aparıcılar olub. İndi onlar hardadır? Biz də yaşlanacağıq. Bilmək olmaz onda efirin yaşlı aparıcılara ehtiyacı olacaq, ya yox. İndi hər şeylə rahatlıqla barışıram. Hər şeyə şükür edirəm. Heç vaxt televiziyanı seçdiyim üçün peşman olmamışam. Çox xoşbəxtəm. Çünki ailəm, işim, övladım var”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol