Alnım, burnum, dodaqlarım, dişlərim saxtadır” – qəribə etiraf

Sports Illustrated” modeli olaraq tanınan 31 yaşlı Krissi Teyqen dünən bir görüşdə olub.

Luxlife.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni Con Leqendlə ailəli olan Krissi etirafları ilə hər kəsin diqqətini çəkib. O, alnını, burnunu, dişlərini və dodaqlarını göstərərək “Hamısı saxtadır, təbii olan tək şey yanaqlarımdır” deyib.

Teyqen 9 il əvvəl qoltuqaltı yağlarını da aldırdığını deyib:

“Bu, mənim etdirdiyim ən çılğın və axmaq estetik müdaxilə idi. Amma aldırdığım yağlar geri gəldi. Çünki müəyyən zaman sonra əməliyyat təkrarlanmalıdır”.

O, bu əməliyyatdan sonra özünü geyindiyi libasların içində daha raht hiss etdiyini əlavə edib:

“Özümə inamım artdı. Buna görə də peşman deyiləm”.

119419_c94d422bef.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol