Camala “Eurovision 2017″dəki 985 minlik qonorarını ala bilməyib

“Eurovision 2016″nın qalibi Camala “Eurovision 2017″dəki çıxışı üçün nəzərdə tutulan qonorarı ala bilməyib.

Luxlife.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ifaçının prodüseri bildirib. Onun sözlərinə görə, sənətçiyə 985 min qriven (37 min dollar) verilməli idi.

“Bir milyon qonorar 3 nömrə üçün nəzərdə tutulmuş məbləğdir. Bura daxildir: simfonik orkestr, rəqslərin quruluşu, hər nömrə üçün Camalaya tikilmiş xüsusi geyimlər, bek vokalçılar, hər nömrənin qrafiki. Hazırda bütün bu pulları mən verirəm. Mən verirəmsə, bu, o deməkdir ki, Camala heç bir qəpik də almayıb”.

Qeyd edək ki, “Eurovision 2017”in ilk yarım finalı mayın 9-da olub. İkinci yarım final bu gün, final isə mayın 13-də olacaq.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol