IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi bütün dünyadakı insanların ürəyini fəth edib”

“Bu gün ilk dəfə olaraq, IV İslam Həmrəyliyi Oyunlarında 6 idman növü üzrə medal təqdim olunacaq”.

Luxlife.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd İslam Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfansında deyib.

M.Loynd bildirib ki, oyunların açılış mərasimi nəinki Azərbaycandakı insanların, eləcə də bütün dünyadakı insanların ürəyini fəth edib: “Yarışları təkcə 35 min nəfər izləməyib. Oyunlar 55-dən çox ölkədə yayımlanıb. Bu da imkan verib ki, yarışları daha çox insan izləsin”.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin İdman Departamentinin direktoru Mark Haneybun isə deyib ki, bu gün finallar üzrə 30 medal veriləcək.

Onun sözlərinə görə, yarışda ən çox komanda ilə (400 idmançı) Azərbaycan təmsil olunub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol